Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Bu gün Azərbaycan bankları daha çox istehlak kreditlərinə meyillənir, çünki bu, onlara daha yüksək qazanc gətirir. Lakin istehlak kreditlərinin bazarının genişlənməsi və istehlak kreditləri ümumilikdə Azərbaycanın iqtisadiyyatına ciddi töhfə vermir. Bu, əsasən bankların fərdi qazancını artırır, amma insanların xərcləri ilə bankların qazancı arasında balans pozulur”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib:
“Nəticədə insanlar narazı qalır, çünki biri daha çox xərcə düşür, digəri isə daha çox qazanır. Statistikaya görə, Azərbaycanın bank sistemi həm Ermənistanın, həm də Gürcüstanın bank sistemi ilə müqayisədə zəifdir. Gürcüstanın bank sistemi ilə müqayisədə iki dəfə zəifdir.
Bu vəziyyətin səbəblərindən biri də dövlət siyasətində diqqətin əsasən Qarabağa yönəlməsidir. Bunun nəticəsində sui-istifadəyə yol açılmış, xüsusən vəzifəli şəxslər və müxtəlif nazirliklər öz “kölgə iqtisadiyyatlarını” yaratmış, bəzi hallarda öz banklarını formalaşdırmışdır.
Beynəlxalq bankdan 8 milyard manatdan çox vəsaitin yox olması və bunun nəticəsində rəhbərliyin həbs olunması kimi hadisələr bank sistemindəki ciddi çatışmazlıqları göstərir. Eyni zamanda, bir çox banklar bağlanmış, texniki və standart banklar kimi banklarda ciddi maliyyə itkiləri müşahidə edilmişdir.
Hazırda banklar istehlak kreditlərini 16–25% faizlə verirlər, depozitləri isə 12% faizlə qəbul edirlər. Bu zaman bankların kredit faizini aşağı salması mümkün olmur, çünki onlar bütün riskləri nəzərə almalıdırlar. Problem ondadır ki, Azərbaycandakı banklar riskləri digər ölkələrlə müqayisədə iki dəfə baha qiymətləndirirlər, nəticədə istehlak kreditlərinin faizi yüksəlir.
Mərkəzi bank bu vəziyyətin tənzimlənməsi üçün bir sıra məcburi göstərişlər vermiş və bir çox banklarda müəyyən nizam-intizamın yaranmasına nail olunmuşdur. Lakin bu proses tam nəticə verməsi üçün müəyyən zaman tələb edir”.
Şəbnəm
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.