AZ

İnformasiya müharibəsinin güclü aktorları - diaspora müasir yanaşm (FOTO)

Bakı.Trend:

Ortaq hədəflər, vahid strategiya

Müasir dövrdə diaspor təkcə mədəni icma deyil, daha çox qlobalgüc platforması, iqtisadi və elmi güc mərkəzidir. Diasporun daha dagüclənməsi təsadüfən baş vermir, bu, müəyyən mexanizmlər, şərtlərvə strategiyalar əsasında formalaşır. Xaricdəki icmaların ortaqhədəflərinin və vahid strategiyasının olması onun fəaliyyəti üçünuyğun, aydın və professional çərçivədir. Azərbaycan diasporu buprofessional çərçivə daxilində necə çalışır?

Xaricdəki Azərbaycan icmalarının üzvləri arasında fərqli dini,siyasi və etnik baxışlar mövcud ola bilər. Əsas məqsəd diasporunortaq hədəflərinin müəyyənləşdirilməsi və vahid strategiya əasındainkişafına nail olunmasıdır. Ortaq hədəflər və vahid strategiyanıntəməl prinsipləri nələrdir?

- çoxsaylı mədəniyyətlər qarışıqlığında milli-mədəni varlığınqorunması

- ikinci və üçüncü nəsil diasporun itirilməməsi, onlara anadilinin, tarix və mədəniyyətin aşılanması

- yaşadıqları ölkələrdə icma üzvlərinin hüquqlarınınqorunması

- iqtisadi və sosial dayanışma

- siyasi fikir fərqlilikləri əvəzinə ortaq məqsədlərin ön planaçıxarılması

- ana vətənlə əlaqələrin intensivliyi

- diaspor fəaliyyətində liderliyin gücləndirilməsi və s.

Həyata keçirilən layihələr, diaspor quruculuğu mexanizmiortaq hədəflər fonunda

Ortaq hədəflər əsasında və vahid strategiya çərçivəsində işləməkdiasporu qlobal şəbəkəyə çevirir, icmalaşma prosesiniqüvvətləndirir, koordinasiyalılıq, davamlılıq, təsir gücüyaradır.

Diasporla İş üzrə Dövlət Komitəsinin ixtisaslaşmış forumlarlayihəsi məhz bu məqsədlərə xidmət edir və konkret nəticəyaradır.

Komitə son illər xaricdə yaşayan həkimlərin, alimlərin,mühəndislərin, gənclərin, tələbələrin, mədəniyyət xadimlərininforumlarını təşkil edib. Forumlar bir sıra ölkələrdə, o cümlədənABŞ-də, Avropanın müxtəlif ölkələrində, Türkiyədə və Azərbaycandakeçirilib, xaricdəki icmalar arasında, eləcə də ölkə ictimaiyyətiiçərisində böyük maraq yaradıb və rəğbət qazanıb.

Layihə getdikcə daha çox sahəni əhatə edir, eyni sahəni təmsiledən insanların müxtəlif platformalarda birləşmələrinə, ortaqlayihələr həyata keçirmələrinə təkan verir. Forumlar diasporarasında şəbəkələşmə, əməkdaşlıq, peşəkar inkişaf və motivasiyaimkanlarını daha da genişləndirir, diasporun bilgi və təcrübəmübadiləsinə şərait yaradır.

İxtisaslaşmış forumların vəzifələri

- diasporun və konkret sahəni təmsil edən diaspor üzvlərininortaq problemlərini müəyyən etmək

- diaspor fəaliyyətinə yeni başlayanlara dəstək göstərilməsi

- işbirliyini artırmaq

- kollektiv qərarvermə mexanizmi yaratmaq

- ortaq düşüncə platforması formalaşdırmaq

- davamlı əlaqə platformaları yaratmaq

- təcrübə mübadiləsi

- ortaq konfranslar təşkil etmək

- qütbləşmələrdən qaçış

- dialoq mədəniyyətini inkişaf etdirmək

- diasporun akademik elitasını birləşdirmək

- Diaspor İnvestisiya Fondunun yaradılması ideyasınıformalaşdırmaq

İxtisaslaşmış forumların müzakirə predmeti

Bu günə kimi keçirilən forumlarda konkret sahələrə aid problemvə çətinliklər müzakirə olunub, müasir biliklər paylaşılıb, çıxışyolları axtarılıb. Hər bir ixtisaslaşmış forumda seçilən mövzularyeni dövrün tələblərini əhatə edir, müasir dünya düzəninə tamamiləuyğundur.

Müşahidələr göstərir ki, ixtisaslaşmış forumlar konkret mövzuçərçivəsində qızğın elmi müzakirələrin aparılması ilə, həmçinindialoq mədəniyyəti çərçivəsində keçirilir, diaspor fəaliyyətinəyeni baxış bucağının formalaşması və bəyanatların qəbulu iləyekunlaşır.

Qənaət

Gələcəyin diasporu qlobal şəbəkə gücünə malik olan, bilik,innovasiya, siyasi-iqtisadi əlaqələr, mədəniyyət diplomatiyasıvasitəsilə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən,tamamilə inteqrasiya olunan qüvvəyə çevrilməlidir. Gələcəyindiasporu, həmçinin strateji üstünlüklərə malik olmalı, beynəlxalqinformasiya müharibəsində professional rol almağı bacarmalıdır.

Diasporla İş üzrə Dövlət Komitəsi diasporun ayrı-ayrıtəbəqələrinə yönələn, onları vahid platformalarda birləşdirənlayihələri həyata keçirməklə həm sosial, həm texnoloji, həm dəsiyasi proseslərlə bağlı olan, vahid diaspor şəbəkəsində birləşəbilən gələcəyin diasporunun formalaşmasına ciddi təkan verir.Forumlar əvvəldə qeyd olunan vəzifələrin icrasını təmin edir, doğrumövzuların dəqiq müzakirəsinə nail olur.

Bu günə kimi Azərbaycan da daxil olmaqla bir neçə ölkədəkeçirilən ixtisaslaşmış forumlar diaspor üçün böyük bir prosesinbaşlanğıcı və yeni bir sistemin yaradılmasının rüşeymidir. Forumlarxaricdəki həkimlər, alimlər, mühəndislər, İT mütəxəssisləri vəgənclər arasında beynəlxalq əməkdaşlıq platformaları yaradır.Nəticədə eyni sahəni təmsil edən insanlar peşəkar müzakirələraparmaqla hədəflərini dəqiq müəyyən edir, doğru qərarların qəbuluvə gələcək planlar üçün təqvim qurulmasına nail olur, diaspora yenibaxış bucağı formalaşdırır, xaricdəki Azərbaycan icmalarınınzamanla qlobal gücə çevrilməsinə ciddi təkan verir.

Diqqəti çəkən vacib məqamlardan biri ixtisaslaşmış forumlarınpopulizmdən, hər növ şou elementlərindən uzaq olması, real,düşünülmüş, elmi əsaslı müzakirə platformasına çevrilməsidir.

Beləliklə, eyni platformalarda birləşmək icma üzvlərini ortaqhədəflərə, vahid strategiyaya kökləyir, onların yaşadıqlarıölkələrlə bərabər, Azərbaycana dəyər verən, çoxistiqamətliinvestisiya körpüləri yaratmağı bacaran qlobal aktor kimi rolunugücləndirir.

İnformasiya
İnformasiya
İnformasiya
İnformasiya
İnformasiya
Seçilən
82
az.trend.az

1Mənbələr