AZ

Muxtar respublikada sahibkarlara 449 mənşə sertifikatı verilib

Naxçıvan, 19 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlara 449 mənşə sertifikatı verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd və ya 34 faiz çox olub.

Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 343 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 98 ədəd və “A” forma mənşə sertifikatı 8 ədəd təşkil edib.

Seçilən
114
azertag.az

1Mənbələr