AZ

Əkin biçin işi həyata keçirən fermer onun satışı məsələsini də təşkil etməlidir Ekspert

ain.az, 525.az portalına istinadən məlumat verir.

“Bu gün fermer məhsulu əkib-becərdiyi kimi, onun satış mexanizmini də özü qurmalıdır. Bu vacibdir”.

Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, əkin-biçin işi həyata keçirən fermer onun satışı məsələsini də təşkil etməlidir. Məhsulun satışını müəyyənləşdirmək əsas məsələdir və məsuliyyət tələb edir. Kənd təsərrüfatının ən böyük riski məhsulu istədiyin qiymətə sata bilməməkdir: “Bu riskləri sahibkar özü idarə etməlidir. Əvvəlcədən alıcılarla danışıqlar aparmalı, müqavilələr bağlamalı, satışı planlaşdırmalıdır”.

Ekspertin sözlərinə görə, bolluq məhsulun yığım və bazara çıxarma xərclərinin satış qiymətindən aşağı düşməsinə səbəb olur. Bolluq artdıqca qiymətlər aşağı düşür, bu isə istehlakçıların maraqlarına cavab versə də, fermerlər üçün problem yaradır:

“Çünki kənd təsərrüfatı məhsullarında qiymət əsasən bolluq və qıtlıq amillərinə görə tənzimlənir”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
525.az

1Mənbələr