AZ

“Ukrayna ciddi itkilərə məruz qalıb” - Putin

“Ukrayna strateji ehtiyatlarının əhəmiyyətli dərəcədə itirilməsi ilə üzləşib”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı deyib.

"Görünür, düşmən strateji ehtiyatlarının çox ciddi itkilərinə məruz qalıb. Demək olar ki, heç biri qalmayıb", - deyə siyasətçi bildirib.

Putin qeyd edib ki, bu, Kiyev hakimiyyətini Ukrayna Silahlı Qüvvələri üçün daha böyük itkilərin qarşısını almaq məqsədilə münaqişəni sülh yolu ilə həll etməyə təşviq etməlidir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
54
missiya.az

1Mənbələr