AZ

Ukrayna xalqının azərbaycanlı oğlu: Müharibədə ölən hakimi ölüm günündə yad etdilər

Ukrayna mətbuatı Rusiya ilə müharibəsdə həyatını itirən azərbaycanlı döyüşçü Elçin Muradovu anıb.

Publika.az xəbər verir ki, 2 il əvvəl dekabrın 19-da bu ölkənin ərazi bütövlüyü uğrunda həlak olan boks hakiminin şərəfinə yazı hazırlanıb. Muradovu "Ukrayna xalqının azərbaycanlı oğlu" kimi təqdim edən həmkarlarımız onun döyüş yolu barədə oxuculara məlumat verib.

Эльчин

"Ukrayna xalqının azərbaycanlı oğlu genişmiqyaslı işğalın ilk günlərindən Ukraynanı qoruyub. 19 dekabr 2023-cü ildə Donetsk vilayətində həlak olub.

Elçin Muradov 18 oktyabr 1980-ci ildə anadan olub. Həyatının böyük marağı boks olub. Əvvəlcə özü boksla məşğul olub, müharibə öncəsi isə beynəlxalq kateqoriyalı hakim və Kiyev şəhərinin baş hakimi olub. O, həm özünü daim təkmilləşdirib, həm də gənc hakimləri öyrədib. Elçin Hriqori Skovoroda adına Pereyaslav Universitetini bitirib.

Seçilən
17
publika.az

1Mənbələr