“OpenAI” şirkəti daxili tətbiqlər kataloqunu təqdim edib. Kataloqda mövcud servislərə baxmaq və onları birbaşa “ChatGPT”yə qoşmaq mümkündür. Tətbiqə “Apple Music” də inteqrasiya olunub. Bu, mahnıları, ifaçıları axtarmağa və pleylistlər yaratmağa imkan verir.
Qoşulan tətbiqlər, əgər aktivdirsə, “ChatGPT”nin saxlanılmış yaddaşından istifadə edə bilər. Tərtibatçılar bildiriblər ki, istifadəçilərin məmnunluğu üçün tətbiq təkmilləşdirilməyə davam edəcək.
Ülkər XASPOLADOVA ,
“Azərbaycan”