ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Vladimir Putin bu gün keçirdiyi canlı mətbuat konfransında bir daha Ukrayna ilə bağlı işğal planlarını təkrarlayıb.
“AzPolitika” xəbər verir ki, Putin çoxlarının düşündüyünün və “Tramp planı”nda göstərilənlərin əksinə olaraq, yalnız bütün Donetsk vilayəti ərazisinin işğalı şərtilə sülhə razı olmadığını bəyan edib.
Putin bildirib ki, Rusiya yalnız "2024-cü ilin iyun ayında müəyyən edilmiş prinsiplər əsasında" müharibənin dayandırılması ilə bağlı dialoq aparmağa hazırdır.
Xatırladaq ki, onun dediyi “prinsiplər” Putin tərəfindən ötən ilin iyununda səsləndirilib. Həmin vaxt Putin müharibəni dayandırmaq üçün şərtlərini irəli sürüb – Ukraynanın NATO-dan imtinası, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bütün ərazisinin Rusiyaya qatılması və “müharibənin ilkin səbəblərinin aradan qaldırılması”.
Bununla da Putin “Tramp planı” əsasında belə sülhə hazır olmadığını bəyan etmiş olub.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.