AZ

Yeni il üçün restoran qiymətləri hər kəs üçün əlçatan deyil AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müasir həyat tərzi insanların bayramları daha rahat və təşkil olunmuş şəkildə keçirməyə üstünlük verməsinə səbəb olur”. Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, restoranlar hazır proqram, canlı musiqi, aparıcılar və bayram ab-havası təqdim edir:“Bu da xüsusilə ailələr və dost qrupları üçün cəlbedici olur. Qiymətlərin artması əsasən həmin gecəyə xüsusi hazırlıqla bağlıdır. Restoranlar xüsusi menyular, tanınmış müğənnilər, şou proqramlar, dekorasiya və əlavə personal cəlb edirlər. Bütün bunlar əlavə xərc yaradır. Bununla belə, düşünürəm ki, qiymət siyasəti hər kəs üçün əlçatan olmur və bu da narazılıqlara səbəb olur. İlk növbədə proqramın tərkibinə baxmaq lazımdır. Buna əsasən, canlı musiqi, menyu, içkilərin qiyməti aiddir. Eyni zamanda, restoranın əvvəlki illərdəki təcrübəsi və müştəri rəyləri də nəzərə alınmalıdır”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
demokrat.az

1Mənbələr