AZ

"Elektron siqaretlərin yayılması ciddi narahatlıq doğurur" - Deputat

"Tütün məmulatlarının, xüsusilə adi siqaret və elektron siqaretlərin insan sağlamlığına ciddi zərər vurduğu hamıya məlumdur. Bu mövzu uzun illərdir ki, milli parlamentlərdə müzakirə olunur və bir çox ölkələrdə ictimai yerlərdə siqaret çəkmək qadağan edilib".

Redaktor.az xəbər verir ki, bunu deputat Tahir Rayev parlamentin bugünkü iclasında müzakirələr zamanı bildirdi.

O, qeyd etdi ki, son illər elektron siqaretlərin yayılması isə daha ciddi narahatlıq doğurur:

"Dünyada, o cümlədən Azərbaycanda elektron siqaret çəkənlərin sayının artması və bunun nəticəsində sağlamlıq problemlərinin yaranması təhlükəli tendensiyadır. Buna görə də bir çox ölkələr bu sahədə ciddi mübarizə aparır. Hazırda təxminən 83 ölkədə elektron siqaretlərin istehsalı, satışı və istifadəsi ilə bağlı məhdudiyyətlər və ya qadağalar tətbiq olunub.

Nəticədə “Tütün məmulatları haqqında” qanuna dəyişikliklər təklif olunub. Bu dəyişikliklərə əsasən, elektron siqaretlərin və onların komponentlərinin istehsalı, idxalı, satışı, saxlanması və istifadəsi qadağan edilir; bu məhsullar aksiz malları siyahısından çıxarılır; elektron siqaretlərin reklamı və təbliği tam məhdudlaşdırılır".

Tahir Rzayev vurğuladı ki, bu qərarlar xüsusilə gənclər, yeniyetmələr, qadınlar və qızlar arasında elektron siqaretə meyilin artmasının qarşısını almaq məqsədi daşıyır:

"Bütün bunlar cəmiyyətin sağlamlığını qorumaq üçün atılan vacib addımlardır".

Aminə ŞAHSUVARQIZI

Seçilən
81
1
redaktor.az

2Mənbələr