Bakı. Trend:
Mənfi təsirlər Azərbaycan cəmiyyətinə xas olmayan qeyri-ənənəvicinsi maraqların təbliğinə, xüsusilə yeniyetmə qızlarının öz bədənhissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə ziddformada göstərilməsinə həvəsləndirir. Bunu sosial normaya,cəsarətli davranışa hətta müstəqil və azad seçim tərzi kimi yalnıştəsəvvürlərin formalaşdırılmasına gətirib çıxarır.
Trend xəbərverir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü Kamal Cəfərov parlamentin bugünkü plenar iclasındaİnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunlayihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu cür hallar Azərbaycan cəmiyyətinəxas deyil, ümumilikdə milli-mənəvi dəyərlər və mədəni kodlar üçünciddi, struktur xarakterli təhlükə yaradır.
“Milli Məclis olaraq bu məsələnin fərqli formatda daha genişmüzakirə etməli, Avstraliya, Danimarka, Yeni Zenlandiya, Norveçkimi ölkələrin təcrübəsində istifadə edərək 16 yaşdan aşağıuşaqların sosial şəbəkələrdə hesab açmasınıməhdudlaşdırmalıyıq.
Ölkəmizdə internet istifadəçilərinin əksəriyyətinin 24 yaşdanaşağı olması, xüsusən də 10-12 yaşlı uşaqların sosial şəbəkələrəasanlıqla çıxış imkanlarının genişlənməsi və valideyn nəzarətininzəifliyi, iradəsizliyi və ya şəxsi komfortu üçün bu təhlükəni böyükbir riskə çevirir.
Biz hələ bu məsələnin milli ideologiya çərçivəsində yaratdığıriskləri danışmırıq. Xahiş edirəm ki, müvafiq komitələrin və dövlətqurumlarının iştirakı ilə ictimai müzakirənin keçirilməsi vəyekunda hesabatın qəbul edilməsi məsələsinə baxılsın”, - deyə oqeyd edib.