AZ

"Barselona"nın ulduzu qərarını verdi: Qalır

“Barselona”nın ehtiyat qapıçısı Mark-Andre ter Ştegen klubdakı gələcəyi ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Almaniyalı qolkiper 2026-cı il dünya çempionatı ərəfəsində oyun praktikasının azlığını nəzərə alaraq qış fasiləsində komandadan ayrılmaq variantını ciddi şəkildə dəyərləndirib.

Lakin Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann futbolçuya bildirib ki, İspaniya Kubokunda alacağı oyunlar “Bundestim”də bir nömrəli qapıçı statusunu qorumaq üçün kifayət edəcək. Nəticədə ter Ştegen karyerasının bu mərhələsində heç nəyi dəyişməmək və çıxışlarını Kataloniyada davam etdirmək qərarına gəlib.

Seçilən
31
publika.az

1Mənbələr