AZ

ADA Universitetinin Dizayn və memarlıq fakültəsi şəhərsalma və dizayn müzakirələrinə töhfə verir (FOTO)

Bakı. Trend:

ADA Universitetinin yeni yaradılmış Dizayn və memarlıq fakültəsielmi və praktiki bilik mübadiləsini gücləndirmək, həmçinin 2026-cıildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF 13)ərəfəsində intellektual müzakirələrə zəmin yaratmaq məqsədiləAzərbaycan Şəhərsalma Maarifləndirmə Kampaniyası çərçivəsindəsilsilə seminarlar təşkil edib.

Fakültənin professorları Anhel Ampuero Kordero, ErmesInvernizzi, Melania Visentini və Dina Yovanoviç Lombardonun təqdimetdiyi mühazirələr memarlıq məkanlarının insanlarla yaratdığıünsiyyət, kollektiv yaddaş və milli kimliklə əlaqəsi, yenitexnologiyaların mədəni irsin qorunması və idarə edilməsində rolu,məkan tərtibatında istifadəçilərin iştirakı kimi mövzularıaraşdırmaq üçün akademik və peşəkar auditoriyanı bir arayagətirib.

Seminarlar həmçinin müasir iş mühitlərinin formalaşdırılmasındaistifadəçi-yönümlü və iştirakçı dizayn yanaşmalarının tətbiqi,eləcə də yeni texnologiyaların mədəni irsin qorunması və idarəedilməsində rolu kimi mövzulara fokuslanıb. Bu müzakirələrAzərbaycanda dizayn və memarlıq sahəsində multidissiplinaryanaşmaların tətbiqini təşviq etməklə beynəlxalq təcrübə ilə yerlikontekst arasında konstruktiv dialoqu gücləndirib.

Fakültə beynəlxalq akademik və yaradıcılıq şəbəkələri iləəməkdaşlığı da genişləndirmək istiqamətində çalışır. KanadanınManitoba Universitetinin professoru Tijen Roşko qonaq spikerqismində çıxış edərək innovativ və dayanıqlı dizayn yanaşmaları,akademiya ilə yaradıcı sənaye arasındakı əlaqə barəsindədanışmışhəmçinin beynəlxalq yaradıcı platformalardakı peşəkartəcrübəsini gənc dizayner və tələbələrlə bölüşmuşdür.

ADA Universitetinin Dizayn və memarlıq fakültəsi Azərbaycandainnovativ, inklüziv və qlobal baxışa əsaslanan dizayn və memarlıqtəhsilinin inkişafına dəstək vermək məqsədi ilə 2026-cı ildəsözügedən seminar silsiləsini davam etdirəcəkdir.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Seçilən
93
1
az.trend.az

2Mənbələr