AZ

Abidələrlə bağlı YENİ QADAĞA

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edilir.Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan olacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
6
bizim.media

10Mənbələr