AZ

"Məlumat axınının tam elektronlaşdırılması..."

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması təcili tibbi xidmətlərin keyfiyyətinin və operativliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır”.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

O bildirib ki, layihə çərçivəsində çağırışların qəbulu, yönləndirilməsi və briqadaların idarə olunması üçün vahid elektron platforma yaradılması üzrə işlərə başlanılıb:

“Həmçinin GPS əsaslı izləmə mexanizmləri, xəritə üzərindən real vaxt idarəetmə, briqadaların yüklülüyünün avtomatik hesablanması və operativ marşrutlaşdırma kimi imkanlar tətbiqi ilə bağlı funksionallıqların yaradılması üzrə işlər hazırda davam etdirilir. Məlumat axınının tam elektronlaşdırılması gələcəkdə həm çağrışların emal sürətini artırmağa, həm də xidmətin şəffaflığı yüksəldilməsinə gətirib çıxaracaqdır. Bu rəqəmsal sistem təcili tibbi yardıma olan çağırışlara daha çevik reaksiya verilməsinə imkan yaradaraq institusional idarəetməni müasir standartlara uyğunlaşdırmaqda mühüm rol oynayacaq”.

Nuriyyə NATİQQIZI

Seçilən
82
redaktor.az

1Mənbələr