Bakı. Trend:
Uşaq ölümlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə30 faiz azalaraq 2025-ci ildə 751 olub.
Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru VüqarQurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlaradair keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, uşaq ölümlərinin əsas səbəbləri neonatal dövrdəperinatal dövr üçün xarakterik olan tənəffüs və ürək-damarpozğunluqları, hamiləlik müddəti və dölün böyüməsi ilə bağlıpozğunluqlar, daha yuxarı yaş qruplarında isə qrip vəpnevmoniyalar, bağırsaq infeksiyaları, tənəffüs yollarıxəstəlikləri, travmalar, termik və kimyəvi yanıqlar, eləcə də virusmənşəli ağırlaşmalar olub".