AZ

Dünyanın “kürkünə birə salan”, NATO-nu qorxudan “FINDIQ AĞACI”

Əslində Rusiyanın orta mənzilli “Oreşnik” ballistik raketi ötən ilin noyabrında Dneprə atıldıqdan sonra gündəmi zəbt etdi. Hadisədən 1 həftə sonra Rusiya Prezidenti Vladimir Putin elan etdi ki, “Oreşnik”in seriya istehsalına başlanılıb.

Rusiya bu yeni qitələrarası ballistik raketlə ilk öncə Avropa və Yaponiyaya göz dağı verdi. Avropa məlumdur niyə, Yaponiya isə Kuril adalarına görə hədəfdədir. Ən pisi də odur ki, Military Watch Magazine jurnalı yazır ki, Qərb ölkələrində “Oreşnik”ə bənzər raketlər yoxdur:”Rusiya ayda 25 ədəd “Oreşnik” ballistik raketi istehsal edir, bu da ildə təxminən 3 ədəd raketə bərabərdir.

Rusiyanın RS-26 “Rubej” raketinin əsasında yaradılan “Oreşnik” Rusiyanın 198-ci illərdən sonra hazırladığı ilk ballistik raketlərdir və müasir hərbi texnologiyaların təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu raketlər 4 kilometrə qədər uçuş məsafəsinə malikdir və bir neçə hədəfi eyni anda vurmaq imkanına sahibdir”.

Xarici media iddia edir ki, Avropaya yaxın məsafədən çatması üçün “Oreşnik” artıq Belarus ordusunun inventarındadır.

Düzdür, Putin Avropada insanlar arasında Rusiya ilə münaqişə olacağına dair qorxunun qəsdən yaradıldığını bildirib. O, bu iddiaları “yalan və cəfəngiyyat” adlandıraraq, bunun şüurlu şəkildə edildiyini deyib. Amma görünən odur ki, Avropa artıq təhlükənin bir addımlığındadır. Beləki, silah mütəxəssisləri bildirir ki, “Oreşnik” ballistik raketi Belarusdan Kiyevə 1 dəqiqə 51 saniyəyə uça bilir:” təxminən 1 dəqiqə 4 saniyəyə Rovne, 1 dəqiqə 44 saniyəyə Lutsk, 1 dəqiqə 51 saniyə Kiyev və 2 dəqiqə 24 saniyəyə Lvovdakı hədəfi vura bilər. Belarusdan cəmi 1 dəqiqə 4 saniyəyə Litvanın paytaxtı Vilnüsə çata bilər.

Bu arada, AB şəhərlərinə orta uçuş müddəti təxminən iki dəqiqədir: Dauqavpilsə 1 dəqiqə 22 saniyə, Lyublinə 2 dəqiqə 11 saniyə, Varşavaya 2 dəqiqə 23 saniyə və Estoniyanın Tartu şəhərinə isə 2 dəqiqə 41 saniyə, Londona 13 dəqiqəyə çata bilirsə, Berlinə 8 dəqiqəyə çatması mümkündür.”

Məlumatlarda vurğulanır ki, sistemin özü “Kedr” adlanır.

Mütəxəssislərin sözlərinə görə, döyüş başlığının hipersəs sürəti raketin onu orbital yüksəkliyə çıxarması sayəsində əldə edilir:” Putin “Oreşnik”in kütləvi qırğın silahı olmadığını iddia etsə də, “Oreşnik”dən kütləvi şəkildə istifadə olunarsa, zərbənin gücü nüvə silahı ilə müqayisə oluna bilər. Raketin vuran elementlərinin temperaturu 4°C-ə çatır”.

Mühəndis-proqramçı və ixtiraçı Oleq Drojak Rusiyanın raket zərbələrinin nəticələri ilə bağlı danışarkən bildirib ki, zərbələr torpağı və suyu çirkləndirərək insanlarda onkoloji xəstəliklər yarada bilər:”Yerə böyük sürətlə uçub gələn raketlər yanacaq və heksogen kimi partlayıcı maddələrin qalıqları daxil olmaqla təhlükəli kimyəvi maddələr olan torpağın dərinliklərinə çökür. Ən ciddi təhlükələrdən biri yeraltı sularda təhlükəli maddələrin meydana çıxmasıdır. Çirklənmiş su böyük əraziyə yayıla və əhalinin xroniki zəhərlənməsinə səbəb ola bilər”.

NATO hesab edir ki, Rusiya yeni “Burevestnik”, “Oreşnik” və ” Poseydon ” raketləri alyansın müdafiəsi üçün ciddi təhlükə yaradır. Brüsseldə keçirilən AB sammitindən sonra Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtı çatdığını bildirib.

Rusların “Fındıq ağacı” dünyanın kürkünə birə salıb.

Əntiqə Rəşid

Seçilən
88
nocomment.az

1Mənbələr