AZ

Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti beynəlxalq konfransda iştirak edəcək

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 20-21-də Misirin paytaxtı Qahirə şəhərində Beynəlxalq Həndbol Federasiyasının (IHF) növbəti - 40-cı konqresi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edəcək.

Konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-də müvafiq yerlərə seçkilərin təşkil olunmasıdır. Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.

 

Seçilən
96
1
azertag.az

1Mənbələr