AZ

Prezident İlham Əliyev Hökməli və Qobuda yolların təmirinə 1.4 milyon manat ayırıb - SƏRƏNCAM

Bakı. Trend:

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisindəavtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan AvtomobilYolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatıayrılıb.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Abşeron rayonunun Hökməli və Qobu qəsəbələriərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə AzərbaycanRespublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəliSərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci ildövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiyaxərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ciyarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon (birmilyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-cihissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinindavam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslıvəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

Seçilən
59
49
az.trend.az

10Mənbələr