Bakı, 19 dekabr, AZƏRTAC
Milli Basketbol Assosiasiyasının (NBA) rəhbərliyi liqaya yeni komandaların əlavə olunması ilə bağlı uzun illərdir müzakirə olunan məsələ barədə qərarı 2026-cı ildə verməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə NBA-nın prezidenti Adam Silver açıqlama verib.
Qurumun rəhbərliyi bu məsələ ilə bağlı hələlik konkret məlumat vermir. Lakin Sietl və Las Veqas yeni komandalar üçün iki əsas namizəd şəhər hesab olunur.
Qeyd edək ki, Sietl şəhərində vaxtilə “Supersoniks” adı ilə çıxış edən komanda daha sonra Oklahoma ştatına köçərək “Tander” adını alıb.
NBA-ya qoşulma haqqı mövcud komandaların bazar dəyəri əsasında müəyyənləşdirilir.