AZ

"Sosial şəbəkə şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəlik açması vacibdir" - Azay Quliyev

"Xaricdən Azərbaycana qarşı olan sosial media platformalarında yayılan təhqir və yanlış məlumatlarla bağlı tədbirlər görülməlidir. "YouTube", "Facebook", "Instagram" və "TikTok" kimi şirkətlərin məsuliyyəti var. Bizim qanunvericiliyə yeni öhdəliklər əlavə edilməlidir ki, bu şirkətlər də Azərbaycanda məsuliyyət daşısınlar".

Redaktor.az xəbər verir ki, bunu parlamentdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı dedputat Azay Quliyev bildirdi.

Onun fikrincə, şirkətlərin Azərbaycanda rəsmi nümayəndəlik açması vacibdir:

"Bu nümayəndəliklər, qanun pozuntularına görə cavab verməlidir. Uşaqların sosial mediada qarşılaşdığı təhlükələr ciddi risklər yaradır. Uşaqların psixoloji sağlamlığına zərər verən məzmunlar yayılır. 

Qanunvericilikdə yeni öhdəliklər qoyulsa, şirkətlərə qarşı iddialar qaldıra bilərik. Rəqəmsal tərkibin inkişafı üçün yeni anlayışlar lazımdır".

Aminə ŞAHSUVARQIZI

Seçilən
84
redaktor.az

1Mənbələr