AZ

Qadın hakim aləmi bir-birinə qatdı: Biabırçı qərarla

Vyetnamın qadınlardan ibarət futbol millisi Cənub-Şərqi Asiya Oyunlarının 33-cü buraxılışında qızıl medal uğrunda finalda Filippin yığması ilə üz-üzə gəlib.

Publika.az xəbər verir ki, qarşılaşma səs-küylü hakim qalmaqalı ilə yadda qalıb.

Görüşün əsas hadisəsi 29-cu dəqiqədə yaşanıb. Yarımmüdafiəçi Nqan Thi Van Su sağ cinahdan irəliləyərək cərimə meydançasına dəqiq ötürmə verib. Biç Tuy baş zərbəsi ilə Filippin millisini məyus edib.

Lakin vyetnamlı azarkeşlərin sevinci uzun sürməyib. Laoslu yan hakim Çantavonq Putsavan bayrağı qaldıraraq ofsayd qeydə alıb.

Təkrar görüntüdə Biç Thuyun rəqib müdafiə xəttindən xeyli aralıda olduğunu və qayda pozuntusunun olmadığını müəyyənləşib. Vyetnam futbolçularının etirazlarına rəğmən hakimlər briqadası qərarını dəyişməyib. Epizod sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub, azarkeşlər və ekspertlər bu qərarı taleyüklü səhv adlandırıblar.

Seçilən
76
publika.az

1Mənbələr