AZ

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb

İstanbul, 19 dekabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda keçirilən əməliyyat nəticəsində “silahlı terror təşkilatına üzv olmaq” maddəsi ilə axtarışda olan, FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülen saxlanılıb.

AZƏRTAC xəbər verir ki, birgə əməliyyat İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsi, Milli Kəşfiyyat Təşkilatı və Kəşfiyyat Baş İdarəsi tərəfindən keçirilib. Aparılan tədqiqatlar, texniki və fiziki müşahidə nəticəsində şübhəlinin İstanbulun Ümraniye rayonunda gizləndiyi müəyyənləşdirilib. Şübhəli həmin ünvanda ələ keçirilib.

Seçilən
135
4
azertag.az

5Mənbələr