Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərar layihəsi müzakirəyə çıxarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.