Paytaxtda partlayıcı vasitələrin satıldığı anbar aşkarlanıb
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb. Həmin ticarət mərkəzində və Suraxanı rayonunda yerləşən, E.Hüseynovun istifadəsində olan anbarlardan yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb. Araşdırma aparılır.