Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi “işğal partiyası”na və təcavüzkarlığa 35 il verilən dəstəyin Qələbəmizdən sonrakı davamıdır. Qərbli çinovniklər və millət vəkillərinin nəzərində nəticəsini tanımadıqları Zəfərimiz hələ baş verməyib, avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır.
Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, 8 avqust Vaşinqton razılaşması Brüsseli zərbə altında qoydu: "Azərbaycanın varlığı tarixində belə legitimlik və yüksək tanınma olmayıb. Digər tərəfdən, İlham Əliyev Ermənistanı Avropanın əlindən alıb, onun imeriya maraqlarına xidmət imkanlarına zərbə vurulub. İndi Azərbaycana təzyiq üçün mütləq yeni daxili xəyanətkarlar gərəkdir. Sülh Qərb üçün təhlükə törədir, bölgəni sümürməyə vasitələr qalmır.
Hakimiyyət çevrilişinə hansı ölkənin dəstək verdiyi ortada olduğu halda indi guya Ukrayna məsələsində qlobal koalisiya quranlar Azərbaycan məsələsində dövlət çevrilişinə dəstək verirlər..İndi rəsmi Kiyevin bizim xalqımız üzərində aparılan 30 illik möhtəkirlik kampaniyalarının guya 51 dövlətlə Rusiyaya qarşı deyil, hakimiyyəti dəyişdirməyə çalışanların yanında olmaqla qalib iqtidarı nə üçün süngü qarşıladıqlarını göstərirlər. Qələbəmiz həmçinin, Avropa
Parlamentinin üzərində qazanılıb.
Qətnamələr Qələbəmizi əlimizdən ala bilməz".
Mürtəza