AZ

UKRAYNA DANIŞIQLARI NƏTİCƏYƏ YAXINLAŞIR “Kiyev daha sürətli hərəkət etməlidir”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqların “müəyyən bir nəticəyə yaxınlaşdığını” bildirib. Bununla belə, o, Kiyevin prosesi daha sürətlə aparmalı olduğunu vurğulayıb. Tramp bu açıqlamanı cümə axşamı Oval kabinetdə keçirilən tədbir zamanı verib. Məlumatı “Reuters” yayıb.

Agentliyin məlumatına görə, Tramp çıxışında “ukraynalılar hər dəfə çox ləngidikdə, Rusiya öz mövqeyini dəyişir” deyə bildirib. ABŞ Prezidenti bu fikirləri ABŞ və Rusiya nümayəndələri arasında yaxın günlərdə davam edəcək danışıqlarla bağlı suala cavab verərkən səsləndirib.

Ağ Evin məlumatına əsasən, Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna müharibəsinin dayandırılması məqsədilə aparılan danışıqlar çərçivəsində Rusiyanın nümayəndə heyəti ilə ABŞ-nin Florida ştatının Mayami şəhərində görüş keçirməyi planlaşdırırlar.

Qeyd olunur ki, ötən bazar və bazar ertəsi günləri Uitkoff və Kuşner Berlində Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparıblar. ABŞ rəsmilərinin sözlərinə görə, görüşlərdən sonra tərəflərin mövqelərinin tam razılaşmadan uzaq olmadığı qənaəti yaranıb. Bununla belə, Rusiyanın Ukraynanın ərazilərinin bir hissəsinə nəzarət tələbi ilə bağlı məsələ hələ də ən çətin və həll olunmamış problem olaraq qalır.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Moskva Vaşinqtonla təmaslara hazırlaşır. Onun sözlərinə görə, məqsəd Avropa ölkələri və Ukrayna hakimiyyətinin iştirakı ilə aparılan danışıqlardan sonra ABŞ-nin Ukrayna üzrə planında hansı dəyişikliklərin edildiyini aydınlaşdırmaqdır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azpolitika.info

1Mənbələr