AZ

Orban Moskvanın lehinə qərar verdi: Nəvələrimizi qurtardıq

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban üç ölkənin Kiyevə yardım etməmə səbəbindən danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə özü sosial media hesabında yazıb.

“Macarıstan, Slovakiya və Çexiya bu qatara minməmək qərarına gəldilər. Bunu etməklə biz uşaqlarımızı və nəvələrimizi 90 milyard avroluq kreditin yükündən xilas etdik”, – Orban qeyd edib.

O bildirib ki, Macarıstan vergi ödəyicilərinin pullarının Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsinə icazə verməyəcək:

“Çünki bu, regionda hərbi münaqişənin şiddətlənməsinə səbəb olacaq. Biz buna icazə verə bilmərik və verməyəcəyik!”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
globalinfo.az

1Mənbələr