AZ

La Liqada 2-ci yerə çıxdı

İspaniya La Liqasının “Valensiya” ilə oyunu Dieqo Simeone üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, onun çalışdırdığı “Atletiko” rəqibini 2:1 hesabıyla məğlub edib. Simeone turnirdə 324-cü qələbəsini reallaşdırıb. Argentinalı mütəxəssis La Liqada qələbə sayına görə 2-ci yerə çıxıb. O, bu planda yalnız Luis Araqonesdən (344) geri qalır.

Simeone “Atletiko”nu 2011-ci ilin dekabrından çalışdırır. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
46
1
football-plus.az

2Mənbələr