AZ

Narkotikə görə 5 mindən çox adam məsuliyyətə cəlb edilib - Hesabat

Bu ilin 11 ayında narkomaniya ilə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Həmin faktların 2 min 403-ü narkotik vasitələrin qanunsuz satışı, 4 min 850-si narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 186-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kiloqram 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min manat qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5 min 117 nəfər cəlb edilib, onlardan 4 min 961 kişi, 156 qadın olub.

Məsuliyyətə cəlb edilmiş 85 xarici ölkə vətəndaşından ümumilikdə 936 kiloqram 501,249 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qram çətənə bitkisi götürülüb.


Telegram kanalımız
Seçilən
91
yenisabah.az

1Mənbələr