Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qazaxıstan məhkəməsində qaçaqmalçılıqla Azərbaycana neft gətirən şəxslərin işinə baxılıb.Bakupost.az Orda.kz saytına istinadən xəbər verir ki, Aktauda fəaliyyət göstərən cinayətkar qrup nefti qanunsuz yolla Azərbaycana gətirərək Qazaxıstan büdcəsinə təxminən 2 milyard tenge (təxminə 6,6 milyon manat) zərər vurub.Məhkəmə bir neçə şirkətin direktorunu və əməkdaşlarını bu qanunsuz əməliyyatda iştirak etdiklərinə görə günahkar hesab edib. Məlumata görə, qrup üzvləri nefti sərhəddən keçirmək üçün dəfələrlə peç yanacağı adı altında saxtalaşdırıb. Bu kontrabanda təşkilatlanmış qrup tərəfindən dəfələrlə törədilib.Müttəhimlərə həbs cəzaları kəsilib. Məhkəmə həmçinin dövlətə vurulan 1,4 milyard tenge (4,62 miyon manat) məbləğində zərərin ödənilməsi məqsədilə məhkumların əmlakını müsadirə edib.Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.