Unikal.az saytına istinadən ain.az xəbər verir.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən K.Aliyev saxlanılıb.
"Unikal" xəbər verir ki, həmin şəxsin idarə etdiyi avtomobildən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.