Tovuz Olimpiya İdman Kompleksinin minifutbol meydançaları bərbad durumdadır.

Rekord.az xəbər verir ki, sözügedən məkanda olan əməkdaşımız acınacaqlı mənzərənin şahidi olub.

Belə ki, iki meydançanın  hər ikisinin süni örtüuü tamamilə sıradan çıxıb. Hazırda burada futbol oynamaq mümkün deyil. Nə zaman yenilənəcək, bununla bağlı konkret hansı addımlar atılır, bu haqda dəqiq məlumatı olan yoxdur. Bu cür acınacaqlı vəziyyətin uzun sürməyəcəyinə ümid edirik.