Bakı. Trend:
ABŞ Dövlət Departamenti bu il prezident Donald Trampın təşəbbüsüilə başladılan qanunsuz mühacirətə qarşı kampaniya çərçivəsində 85min vizanı (qeyri-miqrasiya vizası nəzərdə tutulur –red.) ləğvedib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin 2025-ciil üzrə yekun hesabatında deyilir.
“Dövlət Departamenti deportasiyaların sürətləndirilməsi vəsadələşdirilməsi məqsədilə təhlükəsiz üçüncü ölkə barədə yeddisaziş imzalayıb və bu ilin yanvar ayından etibarən 85 mindən çoxqeyri-miqrasiya vizasını ləğv edib”,- hesabatda qeyd olunur.
Qeyd edək ki, dekabrın 18-i ABŞ-nin Daxili Təhlükəsizlik naziriABŞ-da yaşamaq icazəsi verən “qrin kart” proqramının dərhaldayandırılmasına göstəriş verib.