AZ

Sabiq mənurun yarım milyon mənimsəməkdə ittiham olunan oğlunun işi məhkəmə baxışına verildi

Bakıda külliiqdarda dələduzluq etməklə 3 nəfərin 500 min manatdan artıq pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatina görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən tərəf ,barəsində həbs olmayan qətimkan tədbiri seçilən Zamiq Xankişiyev barədə qərar dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması ilə bağlı vəsatət təqdim ediblər.

Müşavirədən sonra vəsatətin əsassız hesab edilərək təmin edilməyib.Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağli qərar qəbul edilib.

Növbəti proses dekabrın 26-na təyin edilib.

Qeyd edək ki,Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.

Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Onuda qeyd edək ki,təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış Fəyyaz Xankişiyevin oğludur.

Seçilən
11
1
unikal.az

6Mənbələr