AZ

Medvedev Aİ sammitini oğruların görüşü adlandırdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitini oğruların görüşü adlandırıb.

Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə özünün “Teleqram” kanalında məlumat yayıb.

"Görüş göstərdi ki, Aİ-nin cinayətkar aləmi soyğunçuluğa birbaşa etiraz edən Vaşinqton akademiklərinin böyüklüyünü etiraf edib. Amerikalı hüquqşünasların səlahiyyətləri Brüssel pozğunlarının təkbaşına qastrol səfərinə çıxmaq istəyindən xeyli yüksək idi", - deyə siyasətçi vurğulayıb.

Medvedev qeyd edib ki, Aİ daha çox soyğunçuluq və ya oğurluq törətmək planlarından əl çəkməyəcək.

Onun sözlərinə görə, cinayətkar Avropada genişmiqyaslı güc dəyişikliyi qaçılmazdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
86
missiya.az

1Mənbələr