Böyük Britaniyada yeni qanadlı raketin ilk sınaq buraxılışı baş tutub.
Herbiand.az bildirir ki, raket Brakestop layihəsi çərçivəsində hazırlanıb.
Böyük Britaniya Müdafiə Nazirliyinin bölməsi olan Defence Equipment & Support şöbəsinin rəhbəri Anna-Li Reyli 15 dekabrda baş tutan ilk uçuş sınağını elan edib.
Sınaqlar Böyük Britaniya ərazisində keçirilib. Raketin adı və sınaqların hansı istehsalçı tərəfindən aparıldığı barədə heç nə deyilməyib.
Bəxtiyar CƏFƏRLİ