Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizəorqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuzdövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleksəməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7441 cinayətfaktı aşkarlanıb.
Trend xəbər verir ki, bubarədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz DövriyyəsinəQarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərənİşçi Qrupunun məlumatında bildirilir.
Vurğulanır ki, onlardan 2403-ü narkotik vasitələrin qanunsuzsatışı, 4850-si narkotik vasitələrin qanunsuz əldə edilibsaxlanılması, 186-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilibbecərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlıolub.
8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotropmaddələrin 7 ton 037kq 413,78 qramını marixuana, 745 kq 500,982qramını heroin, 144 kq 728,924 qramını tiryək, 75 kq 384,242qramını həşiş, 153,551 qramını kokain, 181 kq 871,261 qramını digərnarkotik vasitələr və 149 kq 660,186 qramını psixotrop maddələrtəşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 15516 ədədmetadon, 18938 ədəd çətənə bitkisi, eləcə də1 kq 111,692 qram,108həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədəngötürülüb.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlərNazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumlarınnümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304ton 762 kq olan 2 600 707 ədəd yabanı halda bitmiş narkotiktərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kq 712,932 qramnarkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219milyon 573 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətməsuliyyətinə 5117 nəfər cəlb edilmiş, onlardan 4961 kişi, 156qadın olub.