AZ

Saatlıda pirotexniki vasitələr satmaq istəyən şəxs müəyyən olundu

BAKI, 19 dekabr. TELEQRAF

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən K.Aliyev saxlanılıb.

Teleqraf xəbər verir ki, həmin şəxsin idarə etdiyi avtomobildən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsindəprotokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
93
10
teleqraf.com

6Mənbələr