AZ

Azərbaycanda balıq ehtiyatlarının bərpası planlaşdırılır

Azərbaycan balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə daxili su hövzələrində hər il təxminən 6–12 milyon ədəd körpə balığa, Xəzər dənizi üçün isə 11–23 milyon körpə balıq buraxılışına ehtiyac var”.Metbuat.az-ın məlumatına görə, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev “Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında söyləyib. O bildirib ki, 2025-ci ildə ümumi su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə dövlət və özəl tərəfdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilib və təbii mühitə müxtəlif növ balıqlar buraxılıb:“Bu il ərzində təbii mühitə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb. 2026–2028-ci illər üçün əsas hədəflərdən biri balıqartırma müəssisələrində istehsal gücünün artırılmasıdır. İllik körpə nərəcinsli balıq buraxılışının 1 milyon ədədə çatdırılması hədəflənir. Proqnoza əsasən, gələn il 1 milyon ədəd kütüm, 2 milyon ədəd çəkikimilərin buraxılışı nəzərdə tutulur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
130
1
metbuat.az

2Mənbələr