Fransa nodulyar dermatit epidemiyasının yayılmasının qarşısını almaq üçün silahlı qüvvələrin hərbçilərini prosesə cəlb edib...
Poliqon xəbər verir ki, bu barədə Reuters yazıb.
Məlumatda deyilir ki, Fransa hakimiyyəti iri buynuzlu heyvanların peyvəndlənməsinin həyata keçirilməsi və sürətləndirilməsi məqsədilə hərbçiləri səfərbər edib və bununla xəstəliyin yayılmasını nəzarət altına almağa çalışır.
Qeyd olunur ki, Fransa ordusu ölkənin cənub-qərbinə yüz minlərlə doza heyvan vaksini hava yolu ilə çatdırıb və təxminən 750 min inəyin peyvəndlənməsində kömək göstərəcək. Bildirilir ki, virus aşkarlandığı hallarda bütöv sürülərin məhv edilməsi siyasətinə etiraz edən fermerlər magistral yolları bağladığı bir vaxtda hökumət böhranı yatırmaq və Yeni il bayramlarının pozulmasının qarşısını almaq üçün peyvəndləmə prosesini sürətləndirir.
Poliqon.info