AZ

Dünya şöhrətli kimyaçı alim Məmməd İsmayıl oğlu Mustafayev

Həyatı və təhsili

Məmməd Mustafayev 23 oktyabr 1944-cü ildə Ermənistan SSR-in Kalinino rayonunun Evli kəndində anadan olub. 1950-1957-ci illərdə Evli kənd yeddillik məktəbini əla qiymətlərlə başa vurduqdan sonra 1960-cı ildə İlməzli kənd orta məktəbini qızıl medalla bitirmişdir.

1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, daha sonra təhsilini Moskva şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində davam etdirmişdir. 1966-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1970-1975-ci illərdə Moskva Dövlət Universitetində aspiranturanı başa vuraraq kimya elmləri namizədi, 1981-ci ildə isə polimerlər kimyası mövzusu üzrə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almışdır.

Əmək fəaliyyəti

1970-1975-ci illərdə Moskva Dövlət Universitetinin Kimya kafedrasında dosent vəzifəsi ilə əmək fəaliyətinə başlamışdır. 1975-1983-cü illərdə Moskva Dövlət Universitetinin kimya kafedrasında dosent vəzifəsində çalışıb. 1983-cü ildə Moskva İmmunologiya İnstitutunun Kimya kafedrasında işləyib. 1990-cı ildə Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasında professor vəzifəsini tutub.

Elmi-pedaqoji yaradıcılığı

1994-1997-ci illərdə TÜBİTAK nəzdində Kimyəvi İmmunologiya Laboratoriyasında məsləhətçi, 1997-2002-ci illərdə TÜBİTAK nəzdində Kimyəvi İmmunologiya Laboratoriyasının direktoru işləyib. O, 2004-2007-ci illərdə Türkiyənin Yıldız Texnik Universitetində Kimya və metallurgiya fakültəsinin Biomühəndislik kafedrasının müdiri işləyib.

Beynəlxalq elmi-əməkdaşlığı

1970-1975-ci illərdə SSRİ (Moskva) baş tədqiqat alimi, 1975-1983-cü illərdə Moskva Dövlət Universitetində Kimya Kafedrasının Kimya Laboratoriyasının rəhbəri, 1977-ci il Çexiyada Makromolekulyar Kimya İnstitutunda qonaq alim, 1979-cu il Macarıstanın Ötvaş Universitetində qonaq alim, 1987-1989-cu illərdə Hindistanın Yeni Dehli Milli İmmunologiya İnstitutunda qonaq alim (Kimya proqramının rəhbəri), 1983-1990-cı illərdə Rusiya Federasiyasi Moskva İmmunologiya İnstitutunun Kimya kafedrasında Kimya Laboratoriyasının müdiri, Yaponiya Elmi Dəstək Assosiasiyası, Hokkaydo Universiteti və Tokio Texnologiya İnstitutunda qonaq professor (1996-cı il), Yaponiya Sapporo Yaponiya-Fransa Əməkdaşlığı, fəxri qonaq (1999-cu il), ABŞ Frederik Milli Xərçəng İnstitutunda qonaq alim (2001-ci il), Yaponiyanın Hokkaydo Universitetində qonaq alim (2001-ci il), İngiltərə London Viscotek Europe Ltd., qonaq alim kimi (2003-ci il)fəaliyyət göstərmişdir. (Məmməd Mustafayevlə bağlı araşdırmalar davam edir).

 

ADPU-Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi

Seçilən
79
qht.az

1Mənbələr