AZ

Aİ Ukraynaya görə bu ölkələri cəzalandıracaq

Avropa İttifaqı Çexiya, Macarıstan və Slovakiyanı Ukraynanı maliyyələşdirməkdən və ona 90 milyard avroluq kredit çərçivəsində vəsait ayırmaqdan imtina etdikləri üçün siyasi bədəl ödəməyə məcbur edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yüksək vəzifəli Avropa rəsmisinə istinadən yazıb. 

"Onlar ödəməli deyillər, amma biz onları siyasi olaraq bunun üçün pul ödəməyə məcbur edəcəyik", - FT Avropa məmurundan sitat gətirir.

Nəşr yazır ki, 19 dekabrda Aİ tərəfindən Ukraynaya Aİ büdcəsi ilə təmin edilmiş kredit verilməsi üçün təsdiqlənmiş sxem "Çexiya, Macarıstan və Slovakiya qarşısında heç bir maliyyə öhdəliyi yaratmayacaq", çünki bu üç ölkə Ukraynanın maliyyələşdirilməsi üçün Aİ vəsaitlərindən istifadəni dəstəkləməyib.

Son olaraq qəzet qeyd edib ki, Fransa və İtaliya Ukraynaya kredit vermək üçün Aİ-nin ümumi büdcəsindən istifadə etməyi təklif edən ilk ölkələr olub.

Gülayə Mecid 

Seçilən
55
50
unikal.az

10Mənbələr