Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin sonuncu turuna start veriləcək.
"Unikal" xəbər verir ki, XVI turun açılış oyununda “Kəpəz” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək. Saat 14:00-da başlayacaq qərb derbisinin baş hakimi FIFA referisi Kamal Umudlu olacaq.
Hazırda Gəncə təmsilçisi 9 xalla 10-cu, bir oyun az keçirən Tovuz klubu isə 24 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları 20, 21 və 22 dekabr tarixlərində keçiriləcək.