AZ

Goranboyda "Ford" "KaMAZ"la toqquşub, xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

"Ford" markalı yük maşını "KaMAZ" markalı yük avtomobilinə arxadan çırpılıb. Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Avtmobildə sıxılmış vəziyyətdə qalmış "Ford"un sürücüsü 1990-cı il təvəllüdlü A.Cəfərov xilasedicilər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Seçilən
83
5
ucnoqta.az

10Mənbələr