AZ

Əli Məsimli seçicilərinin müraciətlərini dinlədi - FOTO

Millət vəkili Əli Məsimli ötən gün Qax şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Redaktor.az xəbər verir ki, qəbulda iştirak edən vətəndaşlar müxtəlif xarakterli problemlər qaldırıb.

Vətəndaşların qaldırdığı problemlər sırasında - işsizlik və işlə təmin olunma, şəhid ailələrinin və bu kateqoriyaya daxil olmayan digər şəxslərin mənzillə təmin olunması,mülkiyyət mübahisələri və mülkiyyət üzərində hüquqlarının rəsmiləşdirilməsi, vətəndaşlığa qəbul və s. bu kimi məsələlər üstünlük təşkil edib.

Qəbul zamanı qaldırılan problemlərlə bağlı vətəndaşlara maarifləndirici xarakterli tövsiyələr verilib, eyni zamanda bu problemlərin həllinə dəstək olmaq məqsədilə müvafiq icra sturukturlarına müraciətlər ediləcəyi bildirilib.

Redaktor.az

2222
Seçilən
115
1
redaktor.az

2Mənbələr