Bakı. Trend:
Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 213ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayışbinasında aparılan bərpa işləri ilə bağlı yaranmış problemləraradan qaldırılır.
Xatırladaq ki, tarixi abidənin yaxınlığında yeni yaşayışbinasının inşası ilə əlaqədar olaraq, “VEST PARK” MMC tərəfindən3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiqedilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktıaşkarlanmışdı. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihədəbinanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxilihəyətdə və dam örtüyündə bərpa işlərinin aparılması nəzərdətutulub.
Lakin, təsdiq olunmuş layihənin tələbləri kobud şəkildəpozularaq, mövcud dam örtüyünün (ruberoid) əvəzinə yeni metalkirəmit tipli konstruksiya quraşdırılmışdı. Həmçinin, damdayerləşən tüstü və havalandırma bacaları qapadılmış, quraşdırılanəlavə konstruksiyalar binanın dayanıqlığına təhlükə yaratmışdı.
Sözügedən nöqsanlarla əlaqədar Mədəniyyət Nazirliyi yanındaMədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətitərəfindən təmir-bərpa işləri dayandırılmış, şirkət barəsindəinzibati tədbirlər görülmüşdü. Tarixi abidənin dam örtüyününəvvəlki görkəminə qaytarılması məqsədilə layihədən kənarquraşdırılmış dam örtüyü sökülmüş, nəticədə binanın damının müəyyənhissəsinin zədələnməsinə və yağışlı havalarda isə sakinlər üçünəlavə narahatlıqların yaranmasına səbəb olmuşdu.
Hazırda isə Dövlət Xidmətinin nəzarəti altında görülən tədbirlərnəticəsində nöqsanlar aradan qaldırılır. Binanın dam örtüyü tarixiabidənin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə bərpa edilir,konstruktiv dayanıqlıq təmin olunur və yaşayış üçün yaranmışrisklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləriyekunlaşmaq üzrədir.
Xəbər yenilənəcək