AZ

ABŞ “yaşıl kart”ı dayandırır

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağ Ev Braun Universitetindəki atışmada şübhəli bilinən şəxsin proqram vasitəsilə ABŞ-a daxil olması üzə çıxandan sonra “yaşıl kart” (“green card”) lotereya proqramını dayandırır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem deyib.

“ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dərhal ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə DV1 proqramını dayandırmağı əmr etdim ki, amerikalılar artıq bu zərərli proqramdan ziyan görməsinlər”, – o bildirib.

Qeyd edək ki, dekabrın 13-ü Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində atışma baş verib. Atışma zamanı ən azı iki nəfər həlak olub, doqquz nəfər yaralanıb. FTB Braun Universitetindəki atışmada şübhəli haqqında məlumat verənə 50 min dollar mükafat vəd edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
30
icma.az

10Mənbələr