AZ

Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular müəyyənləşdi

UEFA Konfrans Liqasının yaz hissəsində mübarizəni davam etdirəcək bütün komandalar bəlli olub. 

Fanat.Az xəbər verir ki, ümumi sıralamada ilk səkkiz yeri tutan komandalar Konfrans Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb. 9-cu yerdən 24-cü yerə qədər olan klublar isə 1/8 finala vəsiqə qazanmaq üçün pley-offa vəsiqə əldə ediblər.

Liqa mərhələsində hamıdan çox xal toplayan komanda Fransanın "Strasburq" komandası olub (16 xal). 1/8 finala yüksələn digər komandalar Polşanın "Rakuv" (14), Yunanıstanın "AEK Afina" (13), Çexiyanın "Sparta Praqa" (13), İspaniyanın "Rayo Valyekano" (13), Ukraynanın "Şaxtyor Donetsk" (13), Almaniyanın "Maynts" (13) və Kiprin AEK (12) kollektivləridir.

Pley-off mərhələsində aşağıdakı komandalar oynayacaq: İsveçrənin "Lozanna" (11), İngiltərənin "Kristal Palas" (10), Polşanın "Lex Poznan" (10), Türkiyənin "Samsunspor" (10), Sloveniyanın "Selye" (10), Niderlandın "AZ Alkmaar" (10), İtaliyanın "Fiorentina" (9), Xorvatiyanın "Riyeka" (9), Polşanın "Yagelloniya" (9), Kiprin "Omoniya" (8), Ermənistanın "Noah" (8), Kosovonun "Drita" (8), Finlandiyanın "KuPS" (7), Şimali Makedoniyanın "Şkendiya" (7), Bosniya və Herseqovinanın "Zrinjski" (7) və Çexiyanın "Siqma (7) komandaları. 

Pley-off mərhələsinin ilk oyunları 19 fevralda, cavab oyunları isə 26 fevralda keçiriləcək. Püşkatma 16 yanvarda keçiriləcək. Final isə 27 mayda Leypsiqdə keçiriləcək.

Avropa Konfrans Liqası Avropanın üçüncü ən böyük klub yarışmasıdır. 2021/22 mövsümündən bəri keçirilir. Hazırkı çempion Çelsi klubudur. Rusiya klubları Ukraynadakı vəziyyətə görə Avropa yarışlarından kənarlaşdırılıb.

Seçilən
66
fanat.az

1Mənbələr