AZ

Fon der Lyayen: Aİ Rusiya aktivlərini Ukraynaya kredit üçün istifadə edə bilər...

Avropa Komissiyası Rusiya aktivlərinin qalığını maliyyələşdirmə üçün saxlayır və 2027-dən sonrakı planlar müzakirə olunacaq...

Poliqon xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı Rusiya aktivlərindən qalan nağd vəsaitləri Ukraynaya veriləcək kreditin maliyyələşdirilməsi üçün istifadə etmək hüququnu saxladığını bildirib.

“Biz Aİ-də dondurulmuş Rusiya aktivlərindən qalan nağd vəsaiti kreditin maliyyələşdirilməsi üçün istifadə etmək hüququnu saxlayırıq. Bu, birgə qəbul etdiyimiz qərardır”, deyə Ursula fon der Lyayen qeyd edib.

Fon der Lyayen əlavə edib ki, 2027-ci ildən sonra Ukraynanın maliyyələşdirilməsi növbəti uzunmüddətli büdcə müzakirələrinin bir hissəsi olacaq.

Qeyd edək ki, 19 dekabr tarixində Aİ Ukraynaya 90 milyard avro yardım göstərilməsi qərarını qəbul edib. Bu, faizsiz kredit şəklində veriləcək. Ukrayna krediti yalnız Rusiya reparasiya ödəyəcəyi təqdirdə geri ödəyəcək.

Bununla yanaşı, Macarıstan, Çexiya və Slovakiya Ukraynaya kreditin maliyyələşdirilməsində iştirak etməyiblər, Avropa Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr